Çində fabrik qəzası nəticəsində sol qulağını itirən qadın işçi, tibbin sərhədlərini aşan nadir bir əməliyyatla sağlamlığına qovuşub.


 


 


Sfera.az bildirir ki, saçları aparata ilişən Sun adlı qadın, baş dərisi və boynunun bir hissəsi ilə birlikdə qulağını da itirib. Həkimlər, ciddi zədələnmiş qan damarları səbəbilə qulağı dərhal yerinə tikə bilməyib.


 


 


Şandong Qianfoşan Xəstəxanasının cərrahları, Dr. Qiu Shenqiangın rəhbərliyi ilə qulağı sağ ayağa köçürərək “heterotopik peyvənd” adlı mikrocərrahi üsul tətbiq ediblər. Bu üsul qulağın canlı qalmasını və toxumaların bərpasını təmin edib. Beş ay boyunca Sun qulağını ayağında daşıyıb, xüsusi ayaqqabı geyinərək fiziki fəaliyyətini məhdudlaşdırıb.


 


Nəhayət, aylarla davam edən gözləmədən sonra cərrahlar qulağı əvvəlki yerinə uğurla köçürüblər. Tikişlər çıxarıldıqda Sun göz yaşları içində həkimlərə təşəkkür edib. Bu hadisə tibbi ədəbiyyatda nadir rast gəlinən uğurlu replantasiya nümunəsi kimi tarixə düşüb.


 


Aynil