Almaniyanın Krefeld şəhərində 16 avqustda oynanılan lotereya biletinin sahibi hələ də ortaya çıxmayıb.


 


 


Sfera.az bildirir ki, “Spiel 77” əlavə oyunu vasitəsilə 3,877,777 avro (təxminən 8 milyon AZN) qazanan biletin sahibi aylar keçməsinə baxmayaraq, mükafatı tələb etməyib.


 


 


Rəsmi lotereya təşkilatı “WestLotto” bu qeyri-adi vəziyyətlə bağlı ictimaiyyətə müraciət edib. Qurumun fikrincə, qalib şəxs ya biletin uduşlu olduğunu bilmir, ya da onu itirib. Buna görə də, həmin tarixdə Krefelddə və ətraf ərazilərdə lotereya oynayan hər kəsə köhnə palto ciblərini, pulqabılarını və dolablarını yoxlamaq tövsiyə olunub.


 


 


“Bəlkə də qızıl çəkisinə dəyər bilet hələ də cibdədir”, – deyə “WestLotto”nun açıqlamasında bildirilir. Qeyd olunur ki, belə yüksək məbləğli mükafatın bu qədər uzun müddət ərzində tələb olunmaması nadir haldır.


 


 


Bu, Almaniyada ilk belə hadisə deyil. 2025-ci ilin yanvarında keçirilən başqa bir tirajda 2,3 milyon avro qazanan qalib də uzun müddət ortaya çıxmamışdı. Hazırda isə “WestLotto” milyonlarla avro dəyərində olan biletin sahibini tapmaq üçün rəsmi axtarış kampaniyasına başlayıb.


 


Aynil