PSJ bütün turnirlər üzrə bir təqvim ili ərzində qələbələrin sayına görə yeni klub rekordu müəyyənləşdirib.


 


Sfera.az xəbər veirr ki, Bu nəticə 16-cı turun səfər matçında “Mets” üzərində 3:2 hesablı qələbədən sonra rəsmiləşib.


 


Beləliklə, parisli klubun 2025-ci ildə bütün turnirlərdə qazandığı qələbələrin sayı 49-a çatıb ki, bu da PSJ tarixində yeni rekorddur.


 


Əvvəlki rekord 2017-ci ildə qeydə alınıb və 48 qələbə olub.


 


Təqvim ili ərzində 50 qələbə həddinə çatmaq üçün PSJ-nin qarşısında daha iki şans var: Komanda dekabrın 17-də qitələrarası kubokun finalı,nda “Flamenqo” ilə qarşılaşacaq. 3 gün sonra isə Fransa nəhəngi Fransa Kubokunda “Fontene”ni sınağa çəkəcək.