Sabirabadda kombayn kanala aşıb.


 


Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Sarxanbəyli kəndində qeydə alınıb.


 


Kənd sakini 1988-ci il təvəllüdlü (37yaş) Nurlan Zəbulla oğlu Kərimov idarə etdiyi pambıqyığan kombaynla kəndin ərazisindəki “Mil-Muğan” dren-kollektorun üzərindəki körpüdən keçərkən körpünün uçması nəticəsində kombayn kanala aşıb.


 


Nəticədə sürücü hadisə yerində ölüb.


 


Faktla bağlı araşdırma aparılır.