Papa XIV Lev Müqəddəs Pyotr Meydanında dindarlara ünvanladığı ənənəvi Milad müraciətində Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün tərəflər arasında birbaşa və səmimi dialoqun qurulmasına ümid etdiyini bildirib.


 


Sfera.az xəbər verir ki, Papa “Urbi et Orbi” (Şəhərə və Dünyaya) müraciətində qeyd edib:


 


“Ukrayna xalqı üçün dua edirik ki, silahlı münaqişə dayandırılsın. Beynəlxalq ictimaiyyətin dəstəyi ilə münaqişədə iştirak edən tərəflər səmimi, birbaşa və hörmətli dialoqa başlamaq üçün cəsarət tapsınlar”. Roma Katolik Kilsəsinin rəhbəri Avropanı ortaq xristian kökləri və tarixi dəyərlər ruhunda birliyə çağırıb.


 


Onun sözlərinə görə, həqiqi sülhün mənbəyi İsa Məsihdir.


 


“Bizim üçün sülh İsa Məsihdədir. O, bizi günahlardan azad edir və həm şəxslərarası, həm də beynəlxalq münaqişələrin öhdəsindən gəlməyin yolunu göstərir. Günahdan azad ürək və bağışlama olmadan sülh qurucuları ola bilmərik”, – deyə Papa vurğulayıb.


 


Papa XIV Lev çıxışında bütün münaqişələrə, xüsusilə Müqəddəs Torpaq hesab edilən Suriyadakı qarşıdurmalara, eləcə də Afrika ölkələrindəki “unudulmuş münaqişələrə” son qoyulmasını və imkansız insanların əzablarının bitməsini arzuladığını bildirib.


 


Niyaz Hacıyev


Sfera.az