Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalaya (2009-2012) oktyabrın 4-də prezident sarayına basqın təşkil etdiyinə görə Tiflisdə saxlanılıb.


 


Sfera.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında deyilir.


 


Əlavə informasiya verilmir.


 


Qeyd edək ki, 9 il həbs həyatı yaşayan B.Axalaya 2022-ci ildə azadlığa buraxılmışdı. Saakaşvili dönəminin naziri casusluqda şübhəli bilinən Serqo Tetradzeyə qarşı işgəncələrin təşkilində təqsirli bilinirdi.