2021-ci ildə bədii gimnastika üzrə Braziliya çempionatında ikiqat qalib olmuş İzabel Marsinyak 18 yaşında vəfat edib.
Sfera.az bildirir ki, bu barədə məlumat Parana ştatının Gimnastika Federasiyasının Mətbuat Xidməti tərəfindən verilib.
"Globo" portalının yaydığı məlumata əsasən, gənc idmançının ölümünə səbəb limfa düyünlərini zədələyən bədxassəli şiş – Hockin limfoması olub.
Xatırladaq ki, İzabel Marsinyak 2021-ci ildə Braziliya çempionatında həm çoxnövçülük, həm də topla hərəkətlər üzrə yarışlarda qızıl medal qazanmışdı.