Qızıl və gümüş qiymətləri yenidən rekord həddə yüksəlib.


 


Sfera.az xəbər verir ki, artıma geosiyasi gərginliklər və ABŞ dollarının zəifləməsi fonunda investorların təhlükəsiz aktivlərə yönəlməsi səbəb olub.


 


Belə ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.77% artaraq 45138 ABŞ dollarına bərabər olub.


 


COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 4.36% artaraq 74.81 ABŞ dolları təşkil edib.