"ASAN xidmətin fəaliyyəti və xüsusilə də elektron növbə sistemi uzun illərdir ki, nöqsansız işləyir. Amma, bəzi qurumlar fərqli növbə sistemləri tətbiq edərək vətəndaşların problemlə üzləşməsinə səbəb olurlar. Özümüzdə tətbiq olunan və uğur qazanan rəqəmsal həllərə üstünlük versək, daha yaxşı olar".


 


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Naqif Həmzəyev deyib. Millət vəkili qeyd edib ki, xəstəxana və poliklinikalarımızda elektron növbə sistemlərinin tətbiqi gecikir:


 


"Dəfələrlə fərqli xəstəxanalarda olmuşam, gördüyüm mənzərə heç də ürəkaçan olmayıb. Müasir dövrdə kağız və ya köhnə üsullarla növbə təşkil edilməyə çalışılması effektiv deyil. "Mygov" platformasında səhiyyə xidmətlərinin sayının artırılmasına və səhiyyə müəsisələrində növbə sisteminin tətbiqinə çox böyük ehtiyac var. Ümid edirəm ki, adiyyatı qurumlar bu məsələlərin həllinə dair fəaliyyətlərini artıracaqlar".


 


Firuzə Əliyeva


Sfera.az