Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla yaxın günlərdə görüşmək barədə razılığa gəlindiyini açıqlayıb.
Sfera.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında paylaşım edərək bildirib ki, Ukrayna Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov Amerika tərəfi ilə son təmaslar barədə məlumat verib.
“Biz bir günü də boşa sərf etmirik. Yaxın gələcəkdə ən yüksək səviyyədə prezident Trampla görüşün keçirilməsi barədə razılıq əldə etdik”, – deyə Ukrayna lideri qeyd edib.
Niyaz Hacıyev
Sfera.az