"Sülh sazişi üzrə bəzi sənədlər artıq hazırdır".


 


Sfera.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.


 


Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri - Stiv Uitkoff və Cared Kuşner ilə birsaatlıq telefon danışığı aparıb:


 


"Bu, həqiqətən yaxşı söhbət idi: çoxlu detallar var, yaxşı ideyalar mövcuddur və biz onları müzakirə etdik. Real sülhü yaxınlaşdırmaq üçün bəzi yeni ideyalarımız var və bu, formatlara, görüşlərə və əlbəttə ki, vaxt məsələlərinə aiddir".