"Xaricdə oturub heç bir məsuliyyət daşımadan insanları təhqir etmək və onları mənəvi terrora məruz qoymaqla bağlı Cinayət Məcəlləsində ağır maddə olmalıdır".


 


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qnaun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.


 


 "Bununla bağlı prokurorluq orqanları müəyyən işlər qaldırıblar. Bu daha da genişlənməli və həmin şəxslər Azərbayacana gətirilib qanun qarşısında cavab verməlidir. Onlar müxtəlif ad altında Azərbaycana tərk ediblər. Həmçinin, televiziya kanallarında göstərilən verilişlər və seriallara aidiyyəti qurumlar cavabdehlik daşıyır. Hesab edirəm ki, orada olan mənəvi terroru aradan qaldırmağa onların imkanı çata bilər".


 


Firuzə Əliyeva


Sfera.az