Bu il Azərbaycan Suriyaya 200 ton humanitar yardım göndərib.


 


Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən deyib.


 


Nazirin sözlərinə görə, Ukraynaya yardımın həcmi isə 75 milyon manata çatıb:


 


"Azərbaycan həmçinin xalqımızla etnik və mədəni bağlara malik xalqlar üçün də təhsil qrantları səviyyəsində vəsait ayrırmaqda davam edib"