Son bir il ərzində AZAL təyyarəsinin vurulmasından sonra Rusiya ilə münasibətlərdə gərginlik yaşanıb.


 


Sfera.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.


 


Nazir bildirib ki, buna baxmayaraq ölkələrimiz arasında qarşılıqlı dialoq və təmaslar davam edib:


 


"9 oktyabrda Düşənbədə MDB Dövlət Başçıları Şurasının liderlərin görüşündə Rusiya tərəfinin təyyarənin vurulmasına dair etiraflardan sonra münasibətlər müsbət istiqamətdə irəliləyib".