Azərbaycanın rayonlarında dekabrın 27-si günün ikinci yarısından 28-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.


 


Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında bildirilib.


 


Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var.


 


Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimal olunur.