Cəmi 19 yaşında aldığı tək bir lotereya bileti ilə həyatı bir gecədə dəyişən Maykl Kerroll illər sonra yenidən diqqət mərkəzinə qayıdıb. Çoxmilyon funt sterlinqlik cekpotla lüks bir həyatla başlayan Kerrollun hekayəsi, sərvəti tez bir zamanda azaldıqca tamamilə fərqli bir dönüş edib.
Sfera.az bildirir ki, 8 ildən sonra bütün pullarını xərcləyən keçmiş lotereya qalibi indi köhnə peşəsi olan zibil yığan kimi çalışaraq bir vaxtlar qazandığı şöhrətdən və puldan uzaq bir həyat yaşayır.
19 yaşında lotereyada təxminən 10 milyon funt sterlinq qazanaraq İngiltərədə qəfildən məşhurlaşan Maykl Kerrolun hekayəsi illər sonra tamamilə fərqli bir istiqamətdə dəyişib.
Cekpotu qazandıqdan cəmi 8 il sonra pulunu tamamilə xərcləyən Kerrol indi köhnə zibil yığan işinə qayıdıb.
2002-ci ildə Kerroll cəmi 1 funt sterlinqə başa gələn lotereya bileti ilə milyonlar qazandı və tezliklə İngiltərədə ən çox danışılan lotereya qaliblərindən birinə çevrildi. Lakin gənc yaşda qəfil sərvət ciddi problemlər yaratdı. Pulu idarə etməkdə çətinlik çəkən Kerroll yaxın ətrafına böyük məbləğlər payladı, “Reyncers” futbol klubuna ianə etdi və lüks xərcləmələrə qapıldı. Köşklər, bahalı maşınlar və dəbdəbəli həyat tərzi tezliklə onun həyatının mərkəzinə çevrildi. Maqazin mediasının yaxından izlədiyi Kerroll daha sonra alkoqol və narkotik asılılığı ilə mübarizə apardığını açıq şəkildə etiraf etdi.
O, gündə minlərlə funt sterlinqi qanunsuz maddələrə xərclədiyini və tez-tez təşkil etdiyi əyləncələrlə manşetlərə çıxdığını deyir. O, həmçinin bu dövrdə təhdid və şantajla üzləşdiyini də qeyd edir.
Bütün sərvəti 8 ildə yoxa çıxdı.
2010-cu ilə qədər qazanclarından demək olar ki, heç nə qalmadı. Pulu tamamilə qurtardıqdan sonra Kerroll dolanışığını təmin etmək üçün yenidən iş axtarmağa başlayıb və köhnə zibil yığan işinə qayıdıb. Zamanla o, müxtəlif başqa işlərdə çalışıb və bu gün daha sadə bir həyat tərzi sürür.
İllər sonra geri baxanda o, heç bir peşmançılığının olmadığını deyir. Kerroll verdiyi açıqlamada həyatından məmnun olduğunu ifadə edərək: "Mən heç nəyi dəyişməzdim”- deyir.
Aynil