İsrail Somaliləndi rəsmi olaraq tanıyan ilk ölkə kimi tarixə düşüb.


 


Sfera.az xəbər verir ki, bu barədə məlumat İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi tərəfindən yayımlanıb.


 


Rəsmi açıqlamada bildirilir ki, tanınma ilə bağlı sənəd İsrail tərəfdən Baş nazir Benyamin Netanyahu və xarici işlər naziri Gideon Saar, Somalilənd tərəfindən isə prezident Abdirahman Mohamed Abdullahi tərəfindən imzalanıb.