Almaniyanın nüfuzlu istehlakçı hüquqlarını müdafiə edən təşkilatı "Stiftung Warentest" tərəfindən aparılan son testlərdə bəzi paltaryuyan vasitələrinin keyfiyyəti və təhlükəsizliyi ciddi sual altına alınıb.
Sfera.az xəbər verir ki, araşdırma çərçivəsində "Aldi", "Lidl", "Edeka", "Rossmann" və "Perwoll" kimi tanınmış markaların da daxil olduğu 11 fərqli həssas paltarlar üçün nəzərdə tutulmuş yuyucu məhsul qiymətləndirilib.
Test nəticələrinə əsasən, yüksək qiymətə satılan "Perwoll" markası yalnız “kafi” dərəcə alaraq, ləkə çıxarma qabiliyyəti və ətraf mühitə təsiri baxımından zəif nəticə göstərib. Digər tərəfdən, "Aldi"nin "Tandil Wolle + Pflege" adlı məhsulu tərkibində ətraf mühit üçün zərərli komponentlərə görə "effektsiz" hesab olunub və siyahının son pilləsində qərarlaşıb.
Bu nəticələr istehlakçılar arasında narahatlıq yaradıb və gündəlik istifadə olunan məhsulların təhlükəsizliyi ilə bağlı suallar doğurub.