Türkiyəli məşhur müğənni Özcan Denizin anası Kadriye Denizin bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkdiyi məlum olub.


 


Sfera.az bildirir ki, ailə daxilindəki gərgin münasibətlərlə tez-tez gündəmə gələn Deniz ailəsi bu dəfə sağlamlıq problemi ilə diqqət çəkib.


 


Məlumata görə, Kadriye Deniz sentyabr ayından bəri kimyaterapiya müalicəsi alır. Bu barədə məlumatı Özcan Denizin bacısı Yurda Gürler sosial media paylaşımı ilə ictimailəşdirib. O, anasının müalicəsinin davam etdiyini bildirərək dəstək və dua istəyib.


 


Xatırladaq ki, Özcan Deniz ailəsi ilə uzun müddətdir münasibətlərini kəsdiyini və anasının dəfn mərasimində belə iştirak etməyəcəyini açıqlamışdı.


 


Aynil