Yeni ilin yaxınlaşması ilə birlikdə bürclərin 2026-cı ildə yaşayacaqları hadisələr hər kəsin maraq dairəsindədir. Sevgi, sağlamlıq, karyera və maliyyə sahəsində bizi nələr gözləyir? Bəs Çin astrologiyasına görə 2026-cı ildə kimlər üçün sevgi ili olacaq?


 


Sfera.az bildirir ki, Qərb astrologiyasından fərqli olaraq, Çin astrologiyası ulduzlar deyil, beş element (od, su, torpaq, metal, ağac) və 12 heyvan simvolu üzərində qurulub. Bu sistemdə insanın doğum ili onun bürcünü müəyyən edir. Çin təqviminə görə 2026-cı il "Od Atı İli" olacaq. Bu il azadlıq, müstəqillik, ehtiras və sürət enerjisi ilə dolu olacaq. Yeni başlanğıclar, cəsarətli addımlar və ürəyi titrədən qəfil qarşılaşmalar sevgi həyatında ön plana çıxacaq.


 


Bəs bu ehtiraslı il kimlər üçün sevgi ilə yadda qalacaq?


 


Pələng – Sevgi Sizinlədir!




2026-cı il sizin iliniz olacaq, əziz Pələnglər! At ili ilə aranızdakı təbii harmoniya sosial dairənizi genişləndirəcək. Yeni tanışlıqlar, sürpriz qarşılaşmalar və dərin duyğular sizi gözləyir. Subay Pələnglər üçün bu il güclü və qəfil aşiq olmaq ehtimalı yüksəkdir. Əlaqədə olanlar üçün isə münasibətlər daha ciddi mərhələyə keçə bilər.


 


 İt – Sədaqətli Sevgi Yoldaşınız Olacaq




Sədaqət və sabitlik axtaran İtlər üçün 2026-cı il sevgi baxımından çox ümidvericidir. Həyatınıza daxil olacaq insan sizə özünüzü “evdəki kimi” hiss etdirəcək. İlin ikinci yarısında uzunmüddətli və möhkəm münasibətlərin qurulması ehtimalı artır.


 


Keçi – Romantika Zirvədə




Romantik Keçilər üçün 2026-cı il duyğusal baxımdan zəngin olacaq. At ilinin enerjisi sizi komfort zonanızdan çıxararaq yeni insanlarla tanışlığa aparacaq. İncəsənət, səyahət və sosial tədbirlər vasitəsilə sevgi qapınızı döyə bilər.


 


 Donuz – Keçmişin Sevgi Hekayəsi Yenidən Yazılır




Sevgidə ümumiyyətlə şanslı olan Donuzlar bu il də bu enerjini hiss edəcəklər. Keçmişdə yarımçıq qalmış bir münasibət yenidən gündəmə gələ bilər. “Bu dəfə doğrudan da odur” deyə düşünməyə vadar edən bir sevgi hekayəsi başlaya bilər.


 


Aynil