Böyük Britaniya kralı III Çarlz və taxtın varisi Uels şahzadəsi Uilyamın 2026-cı ildə ayrı-ayrılıqda ABŞ-yə səfər edəcəyi gözlənilir.


 


Sfera.az xəbər verir ki, bu barədə "The Times" yazır.


 


Məlumata görə, Kral III Çarlzın səfəri hazırda irəliləmiş müzakirə mərhələsindədir və apreldə baş tuta bilər. Bu, son iki onillikdə ABŞ-yə baş çəkən ilk britaniyalı monarx səfəri olacaq. Sonuncu səfər 2007-ci ildə Kraliça II Elizabet tərəfindən həyata keçirilmişdi.