Dünya iqtisadiyyatında digərlərinə nisbətdə daha çox gəlir gətirən sahələr var.
Sfera.az xəbər verir ki, aparılan beynəlxalq araşdırmalara əsasən, hazırda qlobal miqyasda ən çox pul qazanan sektorlar enerji, texnologiya və maliyyə sahələridir. Araşdırmada bildirilir ki, neft və qaz sektoru hələ də dünya iqtisadiyyatında lider mövqedədir. Enerji şirkətləri illik yüz milyardlarla dollar gəlir əldə edərək qlobal bazarlara ciddi təsir göstərir. Texnologiya sektoru isə sürətli inkişafı ilə diqqət çəkir.
Süni intellekt, proqram təminatı, bulud texnologiyaları və rəqəmsal reklam sahələri bu sektorun əsas gəlir mənbələri hesab olunur. Apple, Microsoft, Google və Meta kimi şirkətlər texnologiya bazarının aparıcı oyunçularıdır.
Bankçılıq və maliyyə sektoru da ən çox qazanc gətirən sahələr sırasındadır. Banklar, investisiya fondları və sığorta şirkətləri kredit, faiz və investisiya əməliyyatları hesabına böyük gəlir əldə edir. Araşdırmada həmçinin pərakəndə satış və e-ticarət, səhiyyə və dərman sənayesi, eləcə də avtomobil sektorunun da yüksək gəlirlilik göstəricilərinə malik olduğu qeyd olunub. Fidan Hacızadə Sfera.az