Avropa liderləri ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparacaq.


 


Sfera.az “TASS” agentiliyinə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Reuters-ə bildirib.


 


Məlumata görə, danışıqlarda Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen də iştirak edəcək. Telefon danışığı Tramp Zelenski görüşündən bir gün əvvəl 27 dekabrda baş tutacaq. Ağ Evin açıqladığı prezident cədvəlinə əsasən, Tramp Zelenski ilə 28 dekabrda Floridada ikitərəfli görüş keçirəcək. Qeyd olunur ki, görüş məkanının yaxınlığında Trampın şəxsi iqamətgahı olan “Mar-a-Laqo” yerləşir.


 


Fidan Hacızadə


Sfera.az