Cəmi on dəfə çömbəlmək həyatınızda böyük fərq yarada bilər.


 


Sfera.az xəbər verir ki, bu sadə məşq rifahınızı yaxşılaşdıra, enerji səviyyənizi artırmağa və artıq çəki ilə mübarizə aparmağa kömək edir. Güc artımını hiss etdiyiniz zaman həyatınız daha parlaq və sevincli olur. Bəzi insanlar həddindən artıq yüklənmə qorxusu ilə səhər məşqlərini təxirə salır.


 


Məsələn, birdəfəyə 100 squat məqsədi qoymaq motivasiyanızı azalda bilər. Amma kiçikdən başlasanız, gündə cəmi 10 squat düşündüyünüzdən daha çox fayda verəcək. Tədricən dəyişikliklər sağlamlığınızı və rifahınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.


 


Squatın (çömbəlmək) faydaları: Əhval-ruhiyyəni yaxşılaşdırır: Çömbəlmək "xoşbəxtlik hormonları" adlanan endorfinlərin istehsalını təşviq edir.


 


Qısa məşqdən sonra belə əhvalınız yüksələ bilər.


 


Maddələr mübadiləsini sürətləndirir: Squat gün ərzində enerjinizi artırır və kalori yandırmanı sürətləndirir. Arıqlamaq istəyənlər üçün əla başlanğıcdır.


 


Ürəyi gücləndirir: Yüngül fiziki fəaliyyət ürək əzələsini məşq etdirir, oturaq həyat tərzi keçirənlər üçün xüsusilə faydalıdır. Artıq çəki ilə mübarizədə kömək edir: Müntəzəm squat maddələr mübadiləsini yaxşılaşdırır və zamanla arıqlama prosesini sürətləndirir.


 


Enerji və dözümlülüyü artırır: Hər günki işləri daha asan yerinə yetirməyə imkan verir və motivasiyanızı yüksəldir. Gündəlik 10 squat sadə görünsə də, uzun müddətdə böyük fayda təmin edə bilər.


 


Kiçik addımlarla başlayın və tədricən artırın. Sağlamlıq və enerji sizinlə olacaq.


 


Niyaz Hacıyev


Sfera.az