Dünya üzrə xərçəng xəstəliyinə tutulanların sayı son illərdə sürətlə artıb.


 


Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) 2024-cü ildə açıqladığı rəsmi rəqəmlərə görə, xərçəngə yeni yoluxma halları 2012-ci il ilə müqayisədə təxminən 50% yüksəlib. Hesabata əsasən, 2022-ci ildə dünyada 20 milyon insan ilk dəfə xərçəng diaqnozu alıb.


 


Müqayisə üçün, 2012-ci ildə bu göstərici 14 milyon idi. Bildirirlər ki, həm xəstəliyin yayılma tempi, həm də ölüm göstəriciləri artmaqda davam edir. ÜST məlumat verir ki, 2050-ci ilə qədər xərçəng xəstələrinin sayının 35 milyona çatacağı və bunun indiki dövrlə müqayisədə 77%-lik artım demək olduğu ehtimal olunur. Tədqiqatçılar artımın başlıca səbəbləri kimi əhali sayının çoxalması, qocalma, siqaret və alkoqol istifadəsi, qeyri-sağlam qidalanma, fiziki hərəkətsizlik və hava çirkliliyi kimi risk faktorlarını göstərir. ÜST həmçinin xəbərdarlıq edir ki, xərçəng artıq ürək-damar xəstəliklərindən sonra dünyada ölümə səbəb olan ikinci əsas xəstəlikdir.


 


Fidan Hacızadə


Sfera.az