Bu ilin dekabrın 1-də Azərbaycan banklarının enerji sahəsi üzrə biznes kredit portfeli 1,890 milyard manat təşkil edib.
Sfera.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) xəbər verir.
Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli ödənişi 96,9 milyon manat və ya 5,4%, ilin eyni dövrünə görə 409,6 milyon manat 27,7% artıb.
Belə ki, enerji sahəsi üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin vəsaiti 2025-ci ilin noyabrın 1-nə 1,794 milyon manat, ilin dekabrın 1-nə 1,481 milyon manat təşkil etmişdi.
Qeyd edək ki, 2025-ci ilin dekabrın 1-nə Azərbaycanda bankların kredit portfeli 1% vә ya 281.7 milyon manat artaraq 29.685 milyon manat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53,2% (15,805 mln. manat), istehlak kreditlәri 31,4% (9,319 mln. manat) vә ipoteka kreditlәri 15,4% (4,562 mln. manat) təşkil edib./ day.az