Biləsuvar rayonunda 51 yaşlı qadın iş yerində ölüb.


 


Sfera.az xəbər verir ki, hadisə rayon mərkəzində, M. İbrahimov küçəsində yerləşən gözəllik salonunda qeydə alınıb.


 


Belə ki, rayon sakini, 1974-cü il təvəllüdlü İlhamə Ümüdvar qızı Məmmədova çalışdığı gözəllik salonunda qəfil dünyasını dəyişib.


 


İlkin ehtimala görə, qadının ölümünə ürəktutma səbəb olub.


 


Faktla bağlı araşdırma aparılır.