Biləsuvarda ölümlə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub.


 


Sfera.az APA-ya istinadla bildirir ki, qəzada ölənlər iki bacı olub. Onlar digər sərnişinlərlə əmisi oğlanlarının nişan mərasiminə gedirmişlər.


 


Digər xəsarət alanların müalicəsi xəstəxanada davam etdirilir.


 


***


 


Biləsuvarda toy karvanında ağır yol-nəqliyyat hadisəsi baş verib. Ölən və xəsarət alanlar var.


 


Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar–Bəhramtəpə avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib.


 


Toy karvanında hərəkətdə olan "Lexsus" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarından Mil-Muğan su kanalına aşıb.


 


İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb. Avtomobildə 6 qadın olub.


 


Digər 4 nəfər kanaldan çıxarılaraq Biləsuvar rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.


 


Onlar yaxın qohumlarının toy mərasiminə gedirmişlər.


 


Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları araşdırma aparılır.