Yaponiyada 67 nəqliyyat vasitəsi toqquşub.


 


Sfera.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.


 


Məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 31 nəfər yaralanıb, onlardan 5-i ağır yaralıdır.


 


Bildirilib ki, qəza Minakami ərazisində baş verib. Qəzadan sonra təxminən 20 avtomobil alovlanıb və yanğın təxminən yeddi saat yarım sonra söndürülüb./ axar.az