Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Karate Federasiyasının rəhbərliyi və təşkilatçılığı ilə kyokuşin karate üzrə XXVII Azərbaycan çempionatı və birinciliyi uğurla keçirilib. Yarışda ölkənin müxtəlif bölgələrindən yüzlərlə idmançı iştirak edərək güclərini sınayıb.
Sfera.az bildirir ki, tədbirin açılış mərasimində Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Mərasimdə çıxış edən Ülvi Quliyev ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işlərdən, xüsusilə də döyüş növlərinə göstərilən diqqət və qayğıdan bəhs edib, bu kimi yarışların gənclərin fiziki və mənəvi inkişafında mühüm rol oynadığını vurğulayıb.
Çempionat yüksək təşkilatçılıq səviyyəsində keçib və qaliblər müxtəlif yaş və çəki dərəcələri üzrə müəyyən olunub. Yarışın yekununda fərqlənən idmançılar diplom, medal və kuboklarla təltif olunublar.