Rusiya qoşunları bütün istiqamətlərdə hücumlarını davam etdirir, Ukrayna isə bu irəliləyişi dayandırmaqda uğursuzluqla üzləşir.
Sfera.az bildirir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Prezident Vladimir Putinə məruzəsində bildirib.
Gerasimovun sözlərinə görə, “Qərb” qrupu Kupyanskın şərqində mühasirəyə alınmış Ukrayna qüvvələrinə qarşı əməliyyat aparır, Oskol çayı sahilləri isə Rusiya ordusu tərəfindən təmizlənir.
O, həmçinin Xarkov vilayətindəki Vısokoye, Vilça və Prilivka yaşayış məntəqələrinin Rusiya nəzarətinə keçdiyini və “Şimal” qrupunun təhlükəsizlik zonası yaratmaq üzrə fəaliyyətini davam etdirdiyini qeyd edib.