Goranboyda zəhərlənmə faktı qeydə alınıb. 

 


Sfera.az xəbər verir ki, ər və arvadı ağır vəziyyətdə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 1975-ci il təvəllüdlü Aqşin Qəribov və onun həyat yoldaşı 1982-ci il təvəllüdlü Aynurə Qəribovaya dəm qazından zəhərlənmə diaqnozu qoyulub. 


 


Dərhal hər iki şəxsə tibbi yardım göstərilib, hazırda onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir. 

 


İlkin məlumata görə, ər-arvad yaşadıqları evdə dəm qazından zəhərləniblər. Faktla bağlı araşdırma aparılır. Bizim.media.az