Tərtərdə yol-nəqliyyat hadisəsi baş verib.


 


Sfera.az APA-ya istinadla xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun Tərtər rayon Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


 


Məlumata görə, hərəkətdə olan "Mersedes" və "Mitsubişi" markalı minik maşınlarının toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.


 


Yaralılar Bərdə və Tərtər rayon xəstəxanalarına yerləşdirilib.


 


Faktla bağlı araşdırma aparılır.