Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun anası Şərqiyə Həmidova vəfat edib.


 


Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Qəhrəmanın qardaşı Əsəd Həmidov deyib.


 


O bildirib ki, Şərqiyə Həmidova bu gün səhər saat 05:30-da dünyasını dəyişib:


 


“Şəkər xəstəliyindən əziyyət çəkirdi, bir neçə dəfə infarkt keçirmişdi. Yataq xəstəsi idi”.