Fransa Prezidenti Emmanuel Makron Avropa liderləri ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşdə iştirak etdikdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə ayrıca söhbət apardığını bildirib.
Sfera.az xəbər verir ki, Makron bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib. O qeyd edib ki, müzakirələr həm Avropa liderləri, həm də ABŞ və Ukrayna rəhbərlərinin iştirakı ilə baş tutub.
“Bu axşam mən bir neçə digər Avropa lideri ilə yanaşı, Zelenski və Trampla müzakirədə iştirak etdim. Daha sonra Zelenski ilə danışdım”, – deyə Fransa Prezidenti vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dekabrın 28-də Ukrayna Prezidenti Volodimir Zelenskini Florida ştatının Vest Palm Biç şəhəri yaxınlığında yerləşən Mar-a-Laqo malikanəsində qəbul edib. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Tramp Ukrayna üzrə sülh prosesində ərazi məsələsinin hələ də açıq qaldığını etiraf edib.
Qeyd olunur ki, tərəflər danışıqlar zamanı Ukraynadakı mövcud vəziyyət və sülh perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Niyaz Hacıyev
Sfera.az