Ukrayna Prezidenti Volodimir Zelenski Amerika və Ukrayna nümayəndə heyətləri arasında danışıqlardan sonra ABŞ Prezidenti Donald Trampdan yeni zəng gözlədiyini açıqlayıb.


 


Sfera.az xəbər verir ki, bu barədə “TASS” informasiya agentliyi məlumat yayıb.




“Dünən prezidentlə görüşdüm və o, mənə komandalarımızın birlikdə işləyəcəyini və sonra mənə zəng edəcəyini dedi”, – deyə Zelenski “Novosti Live”dan yayılan audio materialda bildirib.




O həmçinin avropalı liderlərlə və Trampla görüşləri səbirsizliklə gözlədiyini vurğulayıb:


 


“Məsləhətçilərimizin Kiyevə gəlməsi barədə razılığa gəldik. Hamını yaxın bir neçə gün ərzində toplayacağıq. Sonra Avropa liderləri ilə görüşəcəyik. Hər kəsin kontekstdə olması vacibdir – tərəfdaş olan, kömək edən hər kəs. Bundan sonra ABŞ-də, rəhbərlik səviyyəsində, ABŞ prezidenti ilə konstruktiv görüş keçirmək üçün əlimizdən gələni edəcəyik”.




Qeyd edək ki, dekabrın 28-də Tramp Zelenskini Floridadakı Mar-a-Laqo malikanəsində qəbul edib. Danışıqlardan sonra Zelenski ABŞ və Ukrayna komandalarının gələn həftə görüşərək müzakirə olunan məsələləri yekunlaşdıracağını açıqlayıb. O, həmçinin Trampın yanvar ayında Ukrayna nümayəndə heyəti və Avropa liderləri ilə görüşəcəyini bildirib.




Niyaz Hacıyev

Sfera.az