İranda milli valyuta rialın dollar qarşısında kəskin ucuzlaşması paytaxt Tehranda etirazlara səbəb olub. Son məlumatlara görə, dolların məzənnəsi bir gün ərzində 1 milyon 380 min rialdan 1 milyon 440 min rialı keçərək tarixi rekord həddə yüksəlib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, valyuta bazarında baş verən bu sərt dəyişikliklər ticarət sektoruna ciddi zərbə vurub. İşləri zərərə sahibkarlar hökumətə qarşı etiraz aksiyalarına başlayıblar. Bildirilib ki, bir çox sahibkar yaranmış qeyri-müəyyənlik səbəbindən satışları dayandırıb. Riyalın sürətlə dəyər itirməsi ərzaq məhsulları və gündəlik tələbat mallarının qiymətlərinin artacağı ilə bağlı narahatlıqları artırıb. Alıcılıq qabiliyyəti xeyli zəifləyən Tehran sakinləri marketlərdə və ticarət obyektlərində etirazlarını ifadə ediblər.
“Associated Press” agentliyinə danışan şahidlər bildiriblər ki, bir çox sahibkar dükanlarını bağlamağa başlayıb, açıq qalan obyektlərin də fəaliyyətini dayandırması tələb olunub. Məlumata görə, çoxsaylı tacir və satıcılar müvəqqəti olaraq satışdan imtina edib. Analitiklər qeyd ediblər ki, rialın rekord ucuzlaşması Birləşmiş Millətlər Təşkilatının sanksiyalarının yenidən qüvvəyə minməsi və beynəlxalq ictimaiyyətdə İranın nüvə proqramı ilə bağlı narahatlıqların artdığı dövrə təsadüf edib. Bu amillərin ölkədə iqtisadi və sosial gərginliyi daha da artırdığı bildirilib.
Bəsti Rəfizadə
Sfera.az