2026-cı ildə tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə müəllimləri ilk dəfə sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar.


 


Sfera.az sertifikatlaşdırmanın test mərhələsi üzrə qiymətləndirmə çərçivəsinə əsasən texnologiya müəllimləri üçün imtahanda yer alacaq mövzuları təqdim edir.


 


Texnologiya müəllimləri sertifikasiya imtahanında 4 məzmun sahəsi üzrə ümumilikdə 50 suala cavab verməli olacaqlar. Sualların bölgüsü aşağıdakı kimidir:


 


– Emal texnologiyaları – 17 sual


 


– Texnika elementləri – 13 sual


 


– Məişət mədəniyyəti – 12 sual


 


– Qrafika – 8 sual


 


Məzmun sahələri üzrə mövzular


 


1. Emal texnologiyaları


 


Oduncağın emalı texnologiyası


 


Metalın emalı texnologiyası


 


Ağac və metalın bədii emalı texnologiyası


 


Ərzaq (qida) məhsullarının emalı texnologiyası


 


Parçanın emalı texnologiyası və naxıştikmə


 


Parçadan hazırlanmış məmulatlara qulluq texnologiyası


 


Konstruksiya materiallarından məmulatların hazırlanma texnologiyası


 


Plastik kütlə və ondan məmulatların hazırlanma texnologiyası


 


2. Texnika elementləri


 


Elektrotexniki işlər


 


Texnoloji maşınların, mexanizmlərin, cihaz və dəzgahların quruluşu və iş prinsipi


 


Elektron texnologiyaları


 


3. Məişət mədəniyyəti


 


Davranış və ünsiyyət mədəniyyəti


 


Sadə təmir işləri


 


Yaşayış yerinin interyerinin formalaşdırılması


 


Plastik kütlədən olan pəncərələrin konstruktiv elementləri və təmiri texnologiyası


 


Tərəvəzlərin becərilməsi, meyvə ağaclarının əkilməsi və meyvələrin saxlanma texnologiyası


 


Ev quşlarının bəslənməsi, ev heyvanlarına qulluq və yem tədarükü texnologiyası


 


4. Qrafika


 


Qrafik savad elementləri


 


İnsan həyatında texnologiya və məmulatların hazırlanma mərhələləri


 


Məmulatın qrafik təsviri, ölçmə və nişanlama alətləri


 


Məmulatların konstruksiya edilməsi, düzbucaqlı və müxtəlif formalı detalların çertyoju


 


Quraşdırma elementləri olan məmulatların spesifikasiyası, yuvarlaq səthli detalları olan məmulatların çertyojunun oxunması


 


Müxtəlif birləşmələri olan məmulatların yığma çertyoju və spesifikasiya/ modern.az