29 dekabr 2025-ci il tarixində Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində yerləşən Dibrova yaşayış məntəqəsini nəzarətə götürüb.
Sfera.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi rəsmi açıqlama yayıb.
Nazirliyin məlumatına görə, əməliyyat nəticəsində Dibrova kəndi tam şəkildə Rusiya qüvvələrinin nəzarətinə keçib. Bu addım Donetsk vilayətindəki hərbi əməliyyatların gedişində strateji əhəmiyyət daşıyan növbəti mərhələ kimi qiymətləndirilir.
Hazırda bölgədə vəziyyət gərgin olaraq qalır. Ukrayna tərəfi hələlik bu barədə rəsmi mövqe bildirməyib.