Hacıqabulda minik avtomobilinin aşması nəticəsində 3 nəfər xəsarət alıb.


 


Sfera.az bildirir ki, hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb.


 


Belə ki, “Chevrolet” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə 3 nəfər xəsarət alıb.


 


Onlardan Bakı sakini, 2003-cü il təvəllüdlü Səfərov Murad Əkbər oğlu və Hacıqabul rayonunun Muğan qəsəbə sakini, 2009-cu il təvəllüdlü Bayramlı Murad Taleh oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirlib. Sonuncu əməliyyata götürülüb. Daha bir nəfər ambulator yardım alıb.


 


Faktla bağlı araşdırma aparılır.