İtaliyanın Pagliara dei Marsi kəndində 30 ildən sonra ilk körpə dünyaya gəlib. Bu, yerli sakinlər arasında sevincə səbəb olub.


 


Sfera.az bildirir ki, pişiklərin sayının insanlardan çox olduğu İtaliyanın Abruzzo bölgəsindəki bu kənddə Lara Bussi Trabucco adlı qız körpəsinin doğulması bayram kimi qeyd edilib. Körpənin valideynləri 1000 avro "körpə bonusu" alıblar.


 


Artıq bir neçə aylıq olan qız təxminən 20 sakindən biridir və onun vəftiz olunması kəndə çoxsaylı turistləri cəlb edib.


 


Körpənin doğulması kənddə körpələrin uzun müddət olmamasına son qoyub. Bəziləri bunu "lənətin sınması" adlandırır.


 


Vəziyyət bir çox cəhətdən Alfonso Cuaronun "İnsanların Uşaqları" filminin süjetini xatırladırdı. 2006-cı ildə çəkilmiş triller, iyirmi illik sonsuzluğun insan sivilizasiyasını çökmə həddinə çatdırdığı 2027-ci ildə Yer kürəsinin kədərli mənzərəsini təsvir edir.


 


"Pagliara dei Marsinin mövcudluğunu belə bilməyən insanlar buraya yalnız haradasa Lara haqqında eşitdikləri üçün gəlirlər. Doqquz aylıq olan körpə artıq məşhurdur"- deyə anası Cinzia Trabucco bildirib.


 


Ölkənin demoqrafik böhranı


 


Laranın doğumunu qeyd etmələrinə baxmayaraq, mütəxəssislər İtaliyanın demoqrafik böhranının pisləşməsindən narahatdırlar. Milli statistika agentliyi “Istat”ın məlumatına görə, ötən il doğum sayı son 16 ilin mənfi tendensiyasını davam etdirərək tarixi minimum həddə - 369.944-ə çatıb.


 


Valideynlər uşaqlarının gələcəyindən narahatdırlar, çünki kənddə məktəb və müəllim yoxdur.




Artıq məşhurlaşan qızı ilə ata







Sadəcə uşaq sahibi olmamağı seçən insanların sayının artması ilə yanaşı, doğum nisbətinin azalması da maliyyə və tibbi amillərlə bağlıdır.


 


"Pagliara dei Marsi əhalinin kəskin azalmasından əziyyət çəkir və bu, bir çox yaşlı insanların nəsil dəyişikliyi olmadan ölümü ilə daha da ağırlaşır", - deyə Pagliara dei Marsi meri Cuzeppina Perozzi bildirib.


 


Ailə uşaqlarının gələcəyindən narahatdır.


 


Laranın valideynləri 2025-ci ilin yanvar ayından etibarən doğulan və ya övladlığa götürülən hər bir uşaq üçün birdəfəlik ödəniş olan 1000 avro  məbləğində "uşaq bonusu" alıblar.


 


Uşaq müavinətlərindən əlavə, Laranın valideynləri qızlarının gələcək təhsili ilə də maraqlanırlar. Pagliara dei Marsi uzun illərdir müəllimsizdir və sonuncu məktəb təxminən 10 il əvvəl bağlanıb.


 


Aynil