"Neftçi"nin qarşıdakı qış toplanışındakı mümkün rəqiblərindən biri bəlli olub.


 


Sfera.az Qol.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" BƏƏ-nin Əbu-Dabi şəhərində keçiriləcək hazırlıq prosesi çərçivəsində Qazaxıstanın "Kayrat" klubu ilə yoxlama matçına çıxa bilər.


 


Qeyd edək ki, "Kayrat" Çempionlar Liqasının liqa mərhələsinin iştirakçısıdır.


 


Sözügedən qarşılaşmanın keçiriləcəyi tarix və saat açıqlanmayıb.