Xərçəng xəstəliklərində sağalma göstəriciləri orqan növündən və diaqnozun qoyulduğu mərhələdən asılı olaraq ciddi şəkildə dəyişir.


 


Sfera.az xəbər verir ki, bəzi xərçəng növlərinin gec aşkarlanması və aqressiv xarakterinə görə müalicəsinin daha çətin olduğunu bildirilir.


 


Ən çətin sağalan xərçəng növləri:


 


Pankreas xərçəngi - simptomların gec ortaya çıxması səbəbindən çox vaxt xəstəlik yayılmış vəziyyətdə müəyyən edilir. 5 illik sağ qalma göstəricisi ən aşağı növlərdən sayılır.


 


Beyin şişləri - sürətlə inkişaf edir, cərrahiyyə və radiasiya müdaxiləsi çətin olur. Ömür müddəti çox vaxt aylarla ölçülür.


 


Qida borusu və qaraciyər xərçəngi - gec fərq edilir, ölüm riski yüksəkdir.


 


Yumurtalıq xərçəngi - ilkin mərhələdə simptomlar qeyri-müəyyən olduğundan çox vaxt son mərhələdə aşkarlanır. Xəstəliyin bu oqranlarda olmasının təhlükəsi xəstəliyin uzun müddət gizli getməsi, şişlərin aqressiv yayılması, orqanların strukturu səbəbindən tam müalicənin çətinliyi olduğu bildirilir.


 


Bununla yanaşı, məmə, prostat, qalxanabənzər və bəzi dəri xərçənglərinin erkən mərhələdə aşkarlanması halında sağalma şansı yüksək hesab olunur.


 


Fidan Hacızadə


Sfera.az