“OPEC+” ölkələri yanvarın 4-də keçiriləcək videokonfransda neft hasilatının artırılmasının dayandırılması ilə bağlı qərara sadiq qalacaqlar.
Sfera.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, təşkilat üzvləri ilk dəfə noyabrda qəbul edilən qərarı (bu ilin əvvəlində hasilatın sürətlə artırılmasından sonra birinci rübdə əlavə təklif artımlarının dayandırılmasını nəzərdə tutur) yenidən nəzərdən keçirəcəklər.
Qeyd edək ki, xam neft fyuçersləri bu il 17 faiz ucuzlaşıb. Ucuzlaşmaya “OPEC+” və rəqib istehsalçıların təklifinin artması, eləcə də qlobal tələbat artımın zəifləməsi səbəb olub. Analitiklər qiymətlərdə 2020-ci ilin pandemiya dövründən bəri ən böyük illik azalmanı proqnozlaşdırırlar./teleqraf