Yaponiyada 5,5 bal gücündə zəlzələ baş verib.


 


Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.


 


Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla 16:12-də (Bakı vaxtı ilə 12:12) baş verib. Onların episentri 6,9 min nəfərə yaxın əhalisi olan Vadomari yaşayış məntəqəsindən 20 kilometr şimal-şərqdə yerləşib. Yeraltı ocağı isə 10 kilometr dərinlikdə olub.


 


Dağıntılar və zərərçəkənlər barədə məlumat daxil olmayıb.


 


Xatırladaq ki, bir gün əvvəl Yaponiyanın şimalında 5,6 maqnitudalı zəlzələ baş vermişdi./Trend