Ucar sakini dəm qazından zəhərlənərək ölüb.


 


Sfera.az xəbər verir ki, hadisə rayonun N.Nərimanov küçəsində baş verib.


 


Yaşadığı evdə dəm qazından zəhərlənən 1971-ci il təvəllüdlü rayon sakini Əhmədov Rasim Mirəddin dünyasını dəyişib.


 


Faktla bağlı araşdırma aparılır.