“Araz-Naxçıvan”da növbəti ayrılıq yaşanıb.
Sfera.az bildirir ki, Qara Qarayevlə rəsmən vidalaşan “qırmızı-ağlar” bu dəfə legionerlə sağollaşıb.
Əyyub Allaşla aparılan danışıqlar müsbət nəticələnib.
Bu ilin əvvəlində klubla 1,5 illik müqavilə bağlayan mərakeşli yarımmüdafiəçi mart ayında zədələnərək uzun müddətə sıradan çıxmışdı.
9 aydır yaşıl meydanlardan kənar qalan Allaşın “Araz-Naxçıvan”ıa müqaviləsinin müddəti gələn ilin may ayında başa çatsa da, müəyyən təzminat qarşılığında ortaq məxrəcə gəlmək mümkün olub./sportinfo