Dünyada ilk dəfə olaraq bir həşərat növünə qanuni hüquqlar tanınıb. Peru Respublikasının iki bələdiyyəsində qəbul edilən yeni qanuna əsasən, arıların sağlam mühitdə yaşamaq, çoxalmaq və inkişaf etmək hüquqları rəsmi şəkildə təmin olunub.


 


Sfera.az xəbər verir ki, qanunvericilik aktında qeyd olunub ki, arılar ekosistemin davamlılığı, kənd təsərrüfatı və biomüxtəlifliyin qorunması baxımından mühüm rol oynayır. Bu səbəbdən onların yaşayış mühitinin məhv edilməsi, zərər verilməsi və ya kütləvi şəkildə məhv olunması hüquq pozuntusu kimi qiymətləndiriləcək.


 


Yeni qaydalara əsasən, arıların hüquqlarının pozulması inzibati və cinayət məsuliyyəti yarada bilər. Bəzi hallarda bu cür pozuntuların həbs cəzası ilə nəticələnə biləcəyi bildirilib.


 


Mütəxəssislər hesab edirlər ki, bu qərar təkcə arıların deyil, ümumilikdə ətraf mühitin və təbii tarazlığın qorunması baxımından mühüm presedent yaradır. Qanunun gələcəkdə digər regionlar və ölkələr üçün də nümunə ola biləcəyi vurğulanıb.


 


Bəsti Rəfizadə


Sfera.az