Türkiyə Milli Müdafiə Nazirliyi 2025-ci ildə təslim olan terroçuların sayını açıqlayıb.


 


Sfera.az xəbər verir ki, bu barədə nazirliyin illik hesabat brifinqində bildirilib.


 


Bildirilib ki, bu həftə daha 3 PKK terrorçusunun təslim olması ilə cari il ərzində təslim olanların sayı 111-ə çatıb.


 


Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri ölkənin təhlükəsizliyinə yönələn risk və təhdidlərə qarşı mübarizəni sərhədləri daxilində və hüdudlarından kənarda qətiyyətlə davam etdirir.