İtaliya millisinin sabiq hücumçusu Mario Balotelliyə Dubay təmsilçisi “Əl-İttifaq”dan təklif gəlib.


 


Sfera.az xəbər verir ki, sözügedən klub Birləşmiş Ərəb Əmirliklərinin səviyyəcə ikinci divizionunda mübarizə aparır.


 


Qeyd edək ki, ulduz futbolçu sonuncu dəfə yaşıl meydanlara 2024-cü il dekabrın 21-də çıxıb. O, A Seriyası çərçivəsində “Napoli” ilə oyunda “Cenoa”nın heyətində sonradan şans qazanıb.


 


Balotelli karyerası ərzində “Milan”, “İnter”, “Mançester Siti” və “Liverpul” kimi Avropa nəhənglərinin şərəfini qoruyub./qafqazinfo